Dünya futbolu

PSJ Mbappeni bu qiymətə satır

PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a keçmək arzusu davam edir.

İdmanxeber.az “The Athletic” istinadən xəbər verir ki, Madird təmsilçisi fransalı futbolçudan vaz keçmir. Mənbə yazır ki, dünya çempionatının ardından tərəflər arasında danışıq olub.

Mbappenin La Liqaya keçməyə heç də qarşı olmadığı bildirilsə də, oyunçunun hazırda “Real”a transferinin inandırıcı olmadığı vurğulanıb.

Xəbərdə maraqlı bir iddia isə Mbappenin təzminatı ilə bağlıdır. Belə ki, Paris klubunun yalnız 400 milyon avro qarşılığında hücumçunu sata biləcəyi qeyd edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43