Dünya futbolu

PSJ millinin hücumçusunu alır

“Lill”in hücumçusu Conatan David komandasını tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, PSJ oyunçunun xidmətində maraqlıdır. “Lill” hücumçunun potensial transferini 65 milyon avro dəyərində qiymətləndirir.

Paris klubu artıq oyunçu üçün qarşı tərəflə təmasa keçib. Tərəflərin anlaşmağa yaxın olduğu da bildirilir.

Kanada millisinin üzvü cari mövsüm 31 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43