Dünya futbolu

PSJ-nin ulduzu “Əl-Nəsr”a keçməyə müsbət yanaşır

PSJ-nin müdafiəçisi Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.Bildirilir ki, ulduz futbolçu Kristiano Ronaldonu heyətinə qatan “Əl-Nasr” ispaniyalı müdafiəçini də rənglərinə bağlamaq niyyətindədir.

Xəbərdə Ramosun da bu transferə müsbət yanaşdığı bildirilib. Sabiq komanda yoldaşı Ronaldo ilə bu barədə danışan təcrübəli oyunçunun şərtlər uyğun olacağı təqdirdə PSJ-dən ayrılacağı yazılıb.

“Əl-Nasr” bonuslar birlikdə Ronaldoya illik 200 milyon avro maaş vəd edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43