Ölkə futbolu

“Qəbələ” “qırmızı” almasaydı belə geridönüş edə bilərdik”

“Qəbələ” səfəri həmişə çətin olur. Sonuncu sırada olsalar da, onlara qarşı oynamaq asan deyil. Qələbə qazandığımız üçün sevincliyik. Çox vacib 3 xal qazandıq. Qol vurduğum üçün xoşbəxtəm. Mövsümün ilk yarısında da burada fərqlənmişdim. Görünür Qəbələdə oynamaq mənim üçün düşərlidir”.

Bu sözləri İdmanxeber.az saytına “Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadə “Qəbələ” görüşü (3:2) sonrası deyib. O, daha sonra belə davam edib:

Rəqib bizi çox yaxşı analiz etmişdi. Bütün mövqeləri bağlayırdılar. İlk hissədə bizə irəlidə pressinq etdilər. Xeyli çətinlik çəkdik. Ancaq ikinci yarı “Qəbələ”nin azlıqda qalmasından istifadə edib geridönüş edə bildik. Rəqibin azlıqda qalması qalib gəlməyimizdə əsas rol ola bilər. Ancaq “Qəbələ” “qırmızı” almasaydı belə geridönüş edə bilərdik. 

Bu qələbə ilə Premyer Liqada 2-ci pillədəyik. Çempionatın bitməsinə hələ çox var. Bu ritmi saxlasaq, daha yaxşı olacaq. İkinci pillə ilə 6-cı yer arasında elə də ciddi xal fərq yoxdur”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43