Ölkə futbolu

“Qəbələ” Çexiya klubuna uduzdu

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. 

İdmanxeber.az-ın məlumatına görə, sonuncu sınaqda rəqib “Teplitse” olub. Qarşılaşmada bütün qollar ilk 45 dəqiqədə vurulub. Öncə çexiyalılar hesabı açsa da, Ramon Maçado bərabərlik qoluna imza atıb. Fasiləyədək penalti imkanı qazanan rəqib bu şansdan yararlanıb. Fasilədə və ikinci hissədə hər iki komandanın heyətində dəyişikliklər olub.

“Qırmızı-qaralar” hesaba tarazlıq gətirməyə çalışsa da, ikinci yarıda qol vurulmayıb. Beləliklə, komanda Antalyadakı son matçında 1:2 hesabı ilə uduzub.

Xatırladaq ki, “Qəbələ” bunadək Antalyada iki yoxlama görüşü keçirib. Bölgə klubu yanvarın 12-də Rumıniyanın “Sepsi” (2:2), 14-də Almaniyanın “Lukenvalde” (3:2) klubu ilə üz-üzə gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43