Dünya futbolu

“Çelsi”nin 65 milyonluq təklifi qəbul edilmir

“Çelsi” heyətini daha bir futbolçu ilə gücləndərə bilər.

İdmanxeber.az-ın məlumatına görə, London klubu “Brayton”un yarımmüdafiəçisi Moises Kaysedonu rənglərinə bağlamaq istəyir.

“Zadəganlar” 21 yaşlı futbolçu üçün qarşı tərəfə 65 milyon funt sterlinq təklif edib. Ancaq “Brayton” rəhbərliyi ekvadorlu oyunçunu daha yüksək qiymətə buraxmaq niyyətindədir. KLub “Çelsi”dən 75 milyon funt sterlinq tələb edir.

Moises cari mövsüm “Bryaton” forması ilə 20 oyun keçirib və 1 qol, 1 assist edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43