Ölkə futbolu

“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırdı

“Qəbələ” futbolçusu Aqil Məmmədovla yollarını ayırdığını rəsmən açıqlayıb.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, 29 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Qeyd edək ki, 2017-ci ilin yayından komandada çıxış edən A.Məmmədov indiyə kim 9 matçda meydana çıxıb. Topaz Premyer Liqasında 7 oyun keçirən qapıçı ötən mövsümün gümüş mükafatçısıdır. Futbolçu 2 kubok matçında da “Qəbələ”nin formasını geyinib.

Əlavə edək ki, A.Məmmədovun “Neftçi” ilə müqavilə imzalayacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43