Ölkə futbolu

“Qarabağ” 11-ci dəfə Azərbaycan çempion oldu – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 28-ci tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsiylə bitib – 0:1. 16 xala sahib bölgə klubu sonuncu yerdədir, 43 xala yüksələn “ağ-qaralar” isə 2-cidir.

Güün digəri matçı Bakıda baş tutub. “Qarabağ” “Kəpəz”i 6:1 məğlub edərək, 11-ci çempionluğunu rəsmiləşdirib.

Azərbaycan Premyer Liqası
XXVIII tur
29 mart

16:30. “Qəbələ” – “Neftçi” 0:1

Qol: Kilian Lebon

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.

Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu

19:00. “Kəpəz” – “Qarabağ” 1:6

Qollar: Julio Romao, 21 (0:1), Olavio Juninyo, 52 (0:2), 56 (0:3), Abbas Hüseynov, 64 (0:4), Elvin Cəfərquliyev, 69 (0:5), Redon Cica, 89 (0:6), Latir Fal, 90 (1:6)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43