19 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ” “Sabah”ı məğlub etdi – YENİLƏNİB

Bu gün Premyer Liqada 18-ci tura start verilib

İdmanxeber.az xəbər verir ki, 2-ci dövrənin və ilin son turunun ilk oyun günündə 1 görüş keçirilib.

Sonuncu pillədə qərarlaşan “Qəbələ” “Sabah”ı məğlub edib – 1:0. Görüşün ikinci yarısında “bayquşlar”ın futbolçusu Anatoli Nuriyev penaltidən yararlana bilməyib.

Bu nəticənin ardından əyalət təmsilçisi 14 xalla 10-cu pillədədir. “Sabah” isə 22 xalla 7-cidir.

Turun digər oyunları isə dekabrın 23-də və 24-də keçiriləcək.

Qeyd edək ki, bu turun ardından komandalar qış fasiləsinə yollanacaq. 3-cü dövrəyə isə 2024-cü il yanvarın 21-də start veriləcək.

22 dekabr

16:00 “Qəbələ” – “Sabah” 1:0

Qol: Murad Musayev, 45+1.
Qəbələ şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43