Ölkə futbolu

Qəbələdə gərginlik: “Bir az hörmət qoyun” – VİDEO

Misli Premyer Liqasının 29-ci turu çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” oyunundan (2:1) sonra insident yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, görüş başa çatdıqdan sonra yerli azarkeşlərdən bir neçəsi rəqibin kapitanı Qismət Alıyevə atmaca atıblar. “Zirə”nin oyunçusu da öz növbəsində onlara cavab verib.

Alıyev azarkeşlərə “Neçə il “Qəbələ”də oynamışam, bir az hörmət qoyun” deyərək, iradını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43