Ölkə futbolu

“Qəbələ” “Zirə”ni məğlub etdi – YENİLƏNDİ

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIX tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə “Qəbələ” “Zirə”ni qəbul edib.

Avrokuboklara vəsiqə verən 4-cü pillə uğrunda mübarizə baxımından böyük əhəmiyyətə malik görüşü ev sahibi komanda 2:1 hesabı ilə qazanıb.

Bu nəticənin ardından xallarının sayını 39-a çatdıran “Qəbələ” dördüncü pilləyə yüksəlib. “Zirə” isə 38 xalla 5-ci sıraya geriləyib.

Misli Premyer Liqası, XXIX tur
7 aprel (cümə)

17:00. “Qəbələ” – “Zirə” 2:1 
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu

Qeyd edək ki, aprelin 8-də “Sumqayıt” – “Neftçi” və “Səbail” – “Sabah”, aprelin 9-da isə “Qarabağ” – “Kəpəz” və “Turan Tovuz” – “Şamaxı” matçları keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43