19 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ”də “Sabah” oyunu öncəsi ciddi itkilər

“Qəbələ” Premyer Liqanın 18-ci turu çərçivəsində keçiriləcək “Sabah” görüşünə ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, Zurab Oçiqava, Ahmet Ayzaya və Gilad Abramov zədəlidir. Bu futbolçuların “Sabah”a qarşı forma geyinə bilməyəcəyi bildirilir.

“Qəbələ” – “Sabah” matçı dekabrın 22-də, saat 16:00-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43