Kateqoriyasız

“Qəbələ”nin hansı gücdə olduğunu bilirik” – “Fehervar”ın baş məşqçisi

“Görüşə ciddi hazırlaşmışıq. Yeni mövsümdə ilk rəsmi matçımızdır. Məşqçilərimiz rəqibin oyunlarına baxıblar. “Qəbələ”nin necə oynadığını, hansı gücdə olduğunu bilirik”

İdmanxber.az-ın məlumatına görə, bu sözləri “Fehervar” komandasının baş məşqçisi Mixael Boris evdə “Qəbələ”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Almaniyalı baş məşqçi sabahkı görüş üçün start heyəti dəqiqləşdirdiyini bildirib: “Qalatasaray”a qarşı yoxlama matçınının ilk hissəsində meydana çıxmış futbolçulara şans verəcəm. Amma 2-3 dəyişiklik olacağını da istisna etmirəm”.

Qeyd edək ki, iyulun 21-də “Mol Arena”da oynanılacaq “Fehervar” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43