19 Sentyabr 2024
Ölkə futbolu

“Qəbələ”nin iki futbolçusu növbəti oyunu buraxacaq

“Qəbələ” Azərbaycan Premyer Liqasının 19-cu turunda “Suqmayıt”a qarşı görüşə itkilərlə çıxacaq.

İdmanxeber.az-a verilən məlumata görə, Samuel Tetteh və Rauf Hüseynli bu görüşdə komandaya kömək edə bilməyəcək. Hər iki futbolçu da cəza səbəbindən “kimyaçılar”a qarşı oyunu buraxacaq.

“Qəbələ” – “Sumqayıt” matçı yanvarın 23-də, saat 16:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43