Ölkə futbolu

“Qəbələ”nin oyununda əlbəyaxa dava – Video

“Qəbələ”nin  Çexiyanın “Teplitse” komandası ilə yoxlama oyununda dava düşüb.

İdmanxeber.az-ın məlumatına görə, insident görüşün sonlarında rəqib futbolçu ilə “qırmızı-qaralar”ın kapitanı Asif Məmmədov arasında baş verib. Daha sonra digər oyunçular da məsələyə qarışıblar.

Aranın sakitləşmədiyini görək hakim oyunu 89-cu dəqiqədə bitirmək məcburiyyətində qalıb.

Qeyd edək ki, görüş “Qəbələ”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43