Ölkə futbolu

“Bir mövqeni mütləq gücləndirməliyik” – Elmar Baxşıyev

Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Türkiyədəki təlim-məşq toplanışları çərçivəsində “Teplitse”yə (Çexiya) 1:2 hesabı ilə uduzduqları matç barədə fikirlərini bölüşüb.

İdmanzxeber.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssis ümumilikdə komandasından razı olduğunu deyib:

“Toplanış çərçivəsində son oyunumuz idi. Hazırlığın son altı günü ərzində üç matç planlaşdırmışdıq. Komanda meydanda istədiyimizi verməyə çalışırdı. Təlim-məşq toplanışı planımıza uyğun keçdi. Ən əsası isə hazırlıq prosesini zədələrsiz başa vurduq. Bəzi oyun elementlərinin üzərində işləyirdik və onlar matç ərzində gördük. Ümumilikdə komandadan razıyam. Futbolçular həm oyunlar, həm məşqlərdə səy göstərirdilər. Bütün fikrimiz toplanışla bağlı idi. Vətənə qayıtdıqdan sonra diqqətimiz Premyer Liqanın qarşıdakı görüşünə yönələcək. Hələlik yalnız Rafael Utziq komandaya qoşulmayıb. Onun qarşıdakı günlərdə məşqlərə qatılacağı gözlənilir. Transferlərlə bağlı rəhbərliklə görüşümüz olacaq. Bir mövqeni mütləq gücləndirməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43