Ölkə futbolu

“Qələbə qazandığımız üçün xoşbəxtik” – Elmir mahmudov

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov “Keşlə” ilə oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Qələbə qolunun müəllifi olan təcrübəli futbolçu komandamızın qalib gəldiyi üçün özünü xoşbəxt hiss etdiyini deyib:

“Çox ağır oyun oldu. Ümumiyyətlə, “Keşlə”yə qarşı oynamaq çətindir. Asan rəqib deyil. Azərbaycan çempionatında bütün görüşlər bizim üçün çətin keçir. Bugünkü matç da istisna olmadı. Bununla belə, qələbə qazandığımız üçün xoşbəxtik. Bu çox vacib 3 xal oldu. Qol vurduğum üçün şadam, amma əsas odur ki, komandamız qalib gəldi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43