Kateqoriyasız

“Qalatasaray” azərkeşlərinin nəzərinə

"Qalatasaray" azarkeşlərinin ölkəmizdəki ən aktiv qruplaşması olan "Ultraslan Azərbaycan" azad azarkeş qrupu yeni bir kompaniyaya başlanğıc verir.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizdə "Qalatasaray" klubunun rəsmi mağazası olan "GSStore" uzun müddətdir ki fəaliyyət göstərir. Mağazanın son vaxtlarda həm rəhbərliyi həm də ünvanının dəyişməsi faktorlarını nəzərə alaraq "ultrAslan Azərbaycan" bütün qalatasaraylıların diqqətini yenidən bura yönəltmək üçün dəstək kompaniyasına başlamağa qərar verib. Bu barədə azarkeş qrupunun rəhbərləri Mürşüd Məmmədzadə və Hüseyn Əli Azadi azarkeşlərə öz çağırışlarını ediblər. Onlar klubun ölkəmizdəki rəsmi mağazasının olmasının önəminə və bu mağazaya bütün Galatasaray azarkeşlərinin sahib çıxmasının vacibliyinə diqqət çəkiblər.Kompaniyaya bütün Galatasaray azarkeşləri rəsmi mağazadan alışveriş edərək və mağazada çəkdirdikləri şəkillərini GerçekAslanGiymezKorsan GSStoreAzerbaycanaDestek hashtagları ilə "Facebook"da paylaşaraq dəstək ola bilərlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43