Dünya futbolu

“Qalatasaray” – “Bavariya” oyununu canlı yayımlayacaq kanalların SİYAHISI

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində sabah “Qalatasaray” öz meydanında “Bavariya”nı qonaq edəcək.

İdmanxeber.az-ın məlumatına görə, İstanbulda keçiriləcək görüşü ölkəmizdə “CBC Sport” kanalı canlı yayımlayacaq.

Bakı vaxtı ilə saat 20:45-də başlayacaq oyunu Türkiyənin “Exxen”, Rusiyanın “Match TV”, Çexiyanın “Nova Sport 3”, Xorvatiyanın “Arena Sport 7”, Avstriyanın “Sky Sport Austria 1”, Albaniyanın “Tring Sport 3”, İranın “beIN Sports HD 2”, Niderlandın “Ziggo Sport 14”, Rumıniyanın “Digi Sport 1” kimi kanalları da canlı yayımlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43