Kateqoriyasız

“Qalatasaray” “Çelsi”nin qarşısına bu heyətlə çıxacaq

Çempionlar Liqasının 1/8 finalının cavab oyununda Londonda “Çelsi”nin qonağı olacaq “Qalatasaray” İngiltərəyə yollanıb.

İdmanxeber.com-un məlumatına görə, “Cim-Bom” qitənin ən nüfuzlu klub türnirinin bu mərhələsi üçün Londona 18 nəfərlik heyətlə yola düşüb.

Qapıçılar: Fernando Muslera, Eray İşcan, Ufuk Ceylan

Müdafiəçilər: Qilyermo Burdisso, Şedju, Hakan Balta,  Semih Kaya, Emmanuel Ebue, Səbri Sarıoğlu

Yarımmüdafiəçilər: Felipe Melo, Ceyhun Gülselam, Səlçuk İnan, Uesli Sneyder, İzet Hayroviç, Aleks Telles, Yekta Kurtuluş

Hücumçular: Didye Droqba, Burak Yılmaz, Umut Bulut

“Çelsi” – “Qalatasaray” matçı martın 18-i oynanılacaq. Bu komandalar arasında ilk görüş 1:1 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43