Dünyadan

“Barselona”nın ulduzu “Xəzər Lənkəran”dan qovulan futbolçunun yanına gedir

“Barselona”nın argentinalı futbolçusu Xavyer Maskerano “Napoli”, “Çelsi” və “Yuventus”dan təklif alıb.

İdmanxeber.com-un məlumatına görə, 29 yaşlı müdafiəçinin “Barsa” ilə müqaviləsi mövsümün sonunda bitir. Argentinalının hansı qərar verəcəyi maraqla gözlənilir.

Əgər Maskerano “Napoli”ni seçərsə “Xəzər Lənkəran”ın sabiq qapıçısı Toni Doblasın komanda yoldaşı olacaq. Çünki ispaniyalı qolkiper bir müddət öncə “Napoli”ylə müqavilə bağlamışdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43