Dünya futbolu

“Qalatasaray” erməni futbolçu ilə danışıq aparır

Rusiyanın “Dimamo” (Moskva) klubunun futbolçusu Arsen Zaxaryan karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az “Fotomac” nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı oyunçu “Qalatasaray”ın maraq dairəsindədir. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

Moskva klubu daha öncə Zaxaryan üçün 25 milyon avro qiymət bəlirləyib. Klub erməni əsilli rusiyalı futbolçunu bu məbləğdən aşağı satmayacağını bildirib.

Zaxaryan cari mövsüm Rusiya Premyer Liqasında 16 oyun keçirib və 5 assit edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43