Dünya futbolu

Avrokuboklar həyəcanı 3 ay fasilədən sonra yenidən “Misli”də

Avrokuboklar mövsümünün ən uzun sürən fasiləsi başa çatır. Qətərdə keçirilən futbol üzrə dünya çempionatının noyabr-dekabr aylarına təsadüf etməsi səbəbindən futbolsevərlərin 3 aydan çox davam edən həsrəti bu gün bitir.

“Misli” də avrokuboklar həyəcanına hazırdır. Belə ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası oyunlarına yüksək əmsallar təqdim olunacaq. Daha bir yenilik isə mərc etmək imkanı yaradılan canlı oyunların sayının artırılmasıdır. Azarkeşlər həm “Misli.az” saytında, həm də “Misli” məntəqələrində çoxsaylı seçim imkanlarından yararlanaraq təxminlərini yaza biləcəklər.

“Misli.az”ın sosial media hesablarında isə avrokubok oyunları ilə bağlı hədiyyəli müsabiqələr təşkil olunacaq. Səhifələri izləyərək müsabiqələrdə iştirak edə, şanslı qaliblərdən biri ola bilərsiniz. İlk oyun günündə futbolsevərləri 2 maraqlı qarşılaşma gözləyir.

İtaliya “Milan”ı doğma meydanda İngiltərənin “Tottenhem” klubunu, heyətində Messi, Neymar, Mbappe kimi ulduzların yer aldığı PSJ isə Almaniya nəhəngi “Bavariya”nı qəbul edəcək.

Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” isə fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda “Gent”i (Belçika) qəbul edəcək.

Cavab matçı fevralın 23-də Gentdə olacaq. Qeyd edək ki, avrokuboklarda qrup mərhələsi noyabrın əvvəlində başa çatmışdı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43