Dünya futbolu

“Trabzonspor” serbiyalı futbolçunu transfer etdi

Türkiyənin “Trabzonspor” klubu heyətini gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Karadeniz təmsilçisi “Qaziantep”in futbolçusu Lazar Markoviçlə anlaşıb. Oyunçu ilə sabah rəsmi müqavilə imzalanacağı bildirilir.

28 yaşlı serbiyalı ilə sözləşmə detalları bəlli deyil. O, cari mövsüm Qaziantep klubu ilə 22 matçda forma geyinib və 5 qol vurub.

Xatırladaq ki, Qazinatep şəhərində baş vermiş güclü zəlzələdən sonra ciddi dağıntılar qeydə alınıb. Bu səbəbdən də şəhərin eyni adlı komandadı Super Liqadan çəkilməyə məcbur qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43