Dünya futbolu

“Qalatasaray” kanadalı futbolçunu transfer etdi

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu “Qaziantep”in oyunçusu Sem Adekuqbe ilə anlaşıb. “Qalatasaray” oyunçunu satınalma maddəsi ilə mövsüm sonuna qədər icarəyə götürüb.

“Sarı-qırmızılar” kanadalı müdafiəçi üçün qarşı tərəfə 1,2 milyon avro ödəyəcək. Transferin yaxın vaxtda rəsmən açıqlanması gözlənilir.

Xatırladaq ki, Türkiyədə Qaziantep də daxil olmaqla 11 şəhərdə güclü zəlzələ baş verib. Şəhərdə yaranan ciddi dağıntıların ardından “Qaziantep” klubu Super Liqadan çəkilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43