Kateqoriyasız

“Qalatasaray” yenidən Fatih Terimə tapşırılır?

Türkiyənin “Qalatasaray” klubu yenidən Fatih Terimə tapşırıla bilər.

İdmanxeber.az “Milliyət”ə istinadən xəbər verir ki, təyinatın İstanbul təmsilçisində yeni prezident seçkilərindən sonra gerçəkləşmə ehtimalı var.

Klubun İdarə Heyətinin üzvləri sırasında yer alan sabiq prezident Dursun Özbek ve sabiq vitse-prezident Abdurrahim Albayrak növbəti seçkiyə bir namizədlə çıxmağı qərara alıblar. Onlar baş məşqçi postunda 69 yaşlı mütəxəssisi görmək istəyirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43