Dünyadan

“Qalatasaray”a transfer qadağası!

“Avroliqa”da çətin mübarizə aparan “Qalatasaray Odeabank”ın maliyyə hesabatlarının araşdırılması nəticəsində, klubun vaxtı keçmiş ödənişləri olduğu müəyyən olunub. 

İdmanxeber.com-un məlumatına görə, “sarı-qırmızılı” klub məsələnin 30 gün araşdırılacağı müddət ərzində transfer edə bilməyəcək. Bu xəbərlə sarsılan baş məşqçi Ərgin Atamanın planları da pozulub.

Belə ki, heç bir verim ala bilmədiyi Russ Smiti sataraq, yeni oyunçu almağı planlaşdıran Atamanın, transfer qadağası ilə əli-qolu bağlanıb.

Qeyd edək ki, “Qalatasaray” “Avroliqa”da oynadığı 7 matçda 1 qələbə qazanıb, 6 dəfə isə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43