Dünyadan

Klopp: “Koutinyo Liverpulda qalacaq”

Yurgen Klopp, “Barselona”nın Flip Koutinyoya olan marağından narahatlıq hiss etmir. 

İdmanxeber.com-un məlumatına görə, Klopp, “Liverpul”da ‘heç kimin buraxıb getmək istəməyəcəyi bir atmosfer’ yaratmaq istədiklərini ifadə edib.

Alman baş məşqçi, “Mənim hisslərim və düşüncələrim, Koutinyonun burada yaxşı hiss etdiyi istiqamətindədir. Hamımız onun gələcəyinin Liverpulda olmasını ümid edir və istəyirik”, deyərək braziliyalı oyunçunu komandadan göndərmək istəmədiklərini açıq şəkildə söyləyib.

Koutinyonun hələ gənc olduğuna diqqət çəkən Klopp, “Onun Braziliyanın xəyallarındakı futbolçu olduğunu deyirsiniz, lakin Flip sadəcə 24 yaşındadır. Qarşısında uzun bir yol var və özünü daha da inkişaf etdirəcək”, deyərək ulduz oyunçunun gələcəkdə daha da parlayacağını dilə gətirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43