“Qalatasaray” Kiyev “Dinamo”sunun müdafiəçisi Domaqoy Vidanı transfer etmək istəyir.
İdmanxeber.com-un məlumatına görə, İstanbul klubu xorvat müdafiəçi üçün 4,5 milyon avro təklif edir. Lakin “Dinamo” bu məbləğlə razı deyil. Kiyevlilər Vidaya görə minimum 7 milyon avro tələb edir.
Qeyd edək ki, daha əvvəl “Beşiktaş” da Vidanı heyətində görmək istəyirdi.