Ölkə futbolu

Robert Prosineçki və Rəşad Sadıqov kimə səs verib?

“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun FİFA tərəfindən 2016-cı ilin ən yaxşı futbolçusu seçildiyi barədə məlumat vermişdik.

İdmanxeber.com-un məlumatına görə, FİFA-ya üzv olan federasiyaların milli komandaların baş məşqçiləri və kapitanları arasında keçirilən səsvermədə Ronaldo 34,54 faiz səslə qalib gəlib.

Onun ən yaxın izləyicisi Lionel Messi (Barselona) 26,42, Antuan Qrizmann (Atletiko) isə cəmi 7,53 faiz səs toplayıb.

Millimizin baş məşqçisi Robert Prosineçki səsvermədə 1-ci yerə Lionel Messini, 2-ci yerə Kriştiano Ronaldonu, 3-cü yerə isə Antuan Qrizmannı layiq görüb.

Millimizin kapitanı Rəşad Sadıqov isə 1-ci yerə Ronaldonu, 2-ci yerə Messini, 3-cü yerə isə xorvat mütəxəssis kimi Qrizmannı layiq görüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43