Dünya futbolu

“Bavariya” Qvardiolanı baş məşqçi gətirə bilər

“Bavariya” komandanın başına yenidən Pep Qvardiolanı gətirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik təcrübəli mütəxəssislər sıx əlaqədədir. İspaniyalının mövsmü sonunda “Mançester Siti”dən ayrılacağı iddiaları bu ehtimalı qüvvətləndirir.

Almaniya mətbuatı yazır ki, Qvardiola Münhendə yaşamağa müsbət yanaşır. Onun şəhərdə evi var və davamlı oranı ziyarət edir. 

Pep 2013-2016-cı illərdə Münhen klubuna rəhbərlik edib və onunla 7 kubok qazanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43