Ölkə futbolu Premyer Liqa

“Sumqayıt”la oyunun qəhrəmanı: “Ağlıma belə gəlməzdi ki…”

“Ədalətli oyun oldu. Sonuncu dəqiqəyə kimi qol vuracağımıza inanırdıq. Rəqibin cərimə meydançasında məhsuldar ötürmə edəcəyim ağlıma gəlməzdi. Kaş bu ötürməm qələbə qolunu gətirərdi. Yenə də 1 xal da yaxşıdı. Özümüzü xoşbəxt hiss edirik”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Kəpəz”in qapıçısı İqor Rodriges deyib.

“Sumqayıt”la matçda məhsuldar ötürmə edərək Gəncə klubunun 1 xal qazanmasında kömək edən portuqaliyalı qolkiper “Kəpəz”də qalıb-qalmayacağına dair sualı belə cavablandırıb:

“Hələ ki, heç bir təklif yoxdu. Azərbaycanda qalmaqdan məmnunam. Burda oynamaq çox gözəl bir hissdir. Yayda bilinəcək ki, burda qalacam, yoxsa ölkəm Potuqaliyaya gedəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43