Ölkə futbolu

“Qalatasaray”dan xorvat müdafiəçiyə 4.5 milyonluq təklif

“Qalatasaray” Kiyev “Dinamo”sunun müdafiəçisi Domaqoy Vidanı transfer etmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, İstanbul klubu xorvat müdafiəçi üçün 4,5 milyon avro təklif edir. Lakin “Dinamo” bu məbləğlə razı deyil. Kiyevlilər Vidaya görə minimum 7 milyon avro tələb edir.

Qeyd edək ki, daha əvvəl “Beşiktaş” da Vidanı heyətində görmək istəyirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43