Dünya futbolu

Premyer Liqa klubu ona həvalə edilir

“Vulverhempton”un sabiq baş məşqçisi Xulen Lopeteqinin yeni klubu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı çalışdırıcı Premyer Liqanın digər klubu – “Vest Hem”lə razılığa gəlib. Təcrübəli mütəxəsssis bu postda David Moyesi əvəzləyəcək.

Qeyd edək ki, 58 yaşlı baş məşqçi avqustdan işsizdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43