Dünyadan

“Qalatasaray”ın futbolçuları üçün əlamətdar gün

Bu gün Super Liqada “Qaziantep”in qonağı olacaq “sarı-qırmızılı” komandanın iki futbolçusu üçün  yadda qalan ola bilər.

İdmanxeber.com-un məlumatına görə,”Qalatasaray”ın futbolçuları Burak Yılmaz və Felipe Melo bugünki oyunda meydana çıxacaqları halda bu onların komanda heyətində 100-cü matçı olacaq.

Qeyd edək ki, Burak Yılmaz bu günə kimi çıxdığı 99 görüş ərzində 56 qol vurub. Felipe Melo isə 14 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43