Kateqoriyasız

“Qalatasaray”ın sabiq futbolçusu: “Xəzər Lənkəran” və “Qarabağ”ı… – Müsahibə (Eksklüziv)

  "Qalatasaray"ın sabiq futbolçusu, hazırda "Konyaspor"un şərəfini qoruyan Hasan Kabzə İdmanxeber.com-a müsahibə verib.

– Azərbaycan futbolu haqda nə deyərdiniz?

– Mən Azərbaycan futbolunu o qədər də izləmirəm, çünki sizin klubların oyunları bizim kanallarda göstərilmir. Və sizi kanallardan hər hansı biri bizim televiziyada nümayiş olunmur deyə izləyə bilmirəm. Ancaq mətbuatda sizi klublar barədə nəsə dərc olunanda məlumat alıram.

– Azərbaycan futbolu ilə Türkiyə futbolunu necə müqayisə edərdiniz?

– Az öncə qeyd etdiyim kimi, çempionatınızı izləmədiyim üçün müqayisə edə bilmərəm.

– Azərbaycana Türkiyədən məşhur baş məşqçilər gəldi, bunlara misal olaraq Oğuz Çətin, Mustafa Dənizli, Güvənc Kurtar kimi məşqçiləri göstərmək olar. Bu məşqçilər Azərbaycanda uğur əldə edə bilmədilər.

– Xaricə çıxanda baş məşqçilər komandalara özünü göstərmək şansları az olduğundan uğursuzluqla üzləşirlər.  Türkiyədə "Beşiktaş"a Del Bosqi kimi baş məşqçi gəldi amma nəticə verə bilmədi, bu o demək deyil ki, o yaxşı baş məşqçi deyil. Məşqçilər xaricə çıxdıqda özünü sübut üçün müəyyən bir vaxta ehtiyacları olur ki, o vaxtı qazandıqdan sonra yaxşı nəticə gələr.

– Azərbayacanda hansı klubları tanıyırsız?

– "Xəzər Lənkəran" və "Qarabağ"ı, bir də "Neftçi"  klublarını tanıyıram.

– "Qarabağ"ın Avroliqadakı son "İnter"lə iyununda baş verən epizodla bağlı nə deyə bilərsiniz?

– Bəli, bütün dünya mətbuatı bundan yazdı. Mənim "Qarabağ"la bağlı məlumatım ancaq onda oldu ki, bu klub Avropa Liqasının qrup mərhələsinə kimi irəliləyib və  hakim səhvi ucbatından qrupdan çıxa bilmədi.

– Azərbaycanda hansısa klubdan sizə təklif gəlsə qəbul edərsiz?

– Hazırda "Konyaspor"la müqaviləm var, o səbəbdən bu haqda danışmağın mənası yoxdu.

Səxavət QURBANOV Antalya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43