Ölkə futbolu

Qanalı futbolçu “Qarabağ”ı istədi

Son olaraq Qanada futbol həyatını sürdürmüş 19 yaşlı Eşli Krah feysbukdakı şəxsi hesabından maraqlı paylaşım edib.

İdmanxeber.com-un məlumatına görə, hazırda klubsuz qalan gənc oyunçu “Qarabağ”ın rəsmi feysbuk səhifəsini öz hesabında paylaşıb.

Qeyd edək ki, o, sosial şəbəkədəki şəxsi profilində özünə klub axtardığı barədə məlumatı da yerləşdirib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43