Ölkə futbolu

Klublarımızın baş məşqçilərinin mövqeyi açıqlandı

Avrokubokların III təsnifat mərhələsindən sonra dünyanın ən yaxşı klub məşqçilərinin siyahısı açıqlanıb. İdmanxeber.com-un məlumatına görə, cədvəldə yeganə azərbaycanlı mütəxəssis Qurban Qurbanovdur.

 

“Qarabağ”ın baş məşqçisinin hesabında 1250 xal var. 44 yaşlı mütəxəssis siyahıda 517-ci yerdədir.

 

Ölkəmizin daha bir klubunun çalışdırıcısı da siyahıda yer alıb. Bu, “Qəbələ”ni çalışdıran ukraynalı mütəxəssis Roman Qriqorçukdu. 1103 xala malik 51 yaşlı çalışdırıcı 566-cı pillədə yer alıb.(Apasport)

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43