Kateqoriyasız

Qanun pozuntusu?: Həm “Turan Tovuz”dan maaş alır, həm də AFFA-dan (DƏQİQ RƏQƏMLƏR)

“Turan Tovuz”un icraçı-direktoru Nadir Nəbiyev iki fəqli vəzifəni icra edir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, klub rəsmisi Tovuz təmsilçisində icraçı-direktor vəzifəsində çalışır və bunun qarşılığında aylıq 3383 manat maaş alır. Maraqlı məqam ondadır ki, Nəbiyev həm də AFFA-dan maaş alır. Məlum məsələdir ki, klubda vəzifə sahibi olan şəxs yalnız ictimai əsaslarla digər qurumlara çalışa bilər. Ancaq məsələ burada fərqlidi. Nəbiyev həm də AFFA-da region rəhbəri vəzifəsindəki fəaliyətini davam etdirir və aylıq 350 manat maaş alır. 

Belə olan halda ortaya bir sual çıxır: Federasiya-klub, klub–klub münasibətlərində ədalət prinsiplərinə necə riayət olunur?”

Məsələ ilə bağlı həm AFFA-nın, həm də “Turan Tovuz”un mövqeyini işıqlandırmağa hazırıq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43