Milli komanda

Qara Qarayev: “Lazım gəlsə, qapıda da duraram”

Millətlər Liqasının III turuna yekun vurulub.

Millətlər Liqasında Farer adalarını 0:3 hesabı ilə məğlub etdiyimiz matçın ardından komandamız oyunçusu Qara Qarayev oyun barəsində fikirlərini bölüşüb:

“Əvvəlki matçlarda olduğu kimi bu oyuna da yaxşı hazırlaşmışdıq. Hər qarşılaşmaya eyni motivasiya ilə çıxırdıq. Bundan öncəki oyunlarda imkanlardan yararlana bilmirdik. Buna görə oyunlar bizim üçün ağırlaşırdı. Bu görüşdə hesabda önə çıxmağımız bizə əlavə motivasiya verdi. Həmin andan sonra qalibiyyəti əldən verməməyi başa düşdük. Düşünürəm ki, yaxşı nəticə qazandıq. Bunu qoruyub saxlamaq lazımdır.

Boş qapıdan çıxartdığım toplara görə xüsusi təşəkkür gözləmirəm. Bu, mənim işimdir. Komandama faydalı olacamsa, lazım gəlsə, boş qapıdan da top çıxardacağam, lazım olsa, qapıda da dayanacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43