Kateqoriyasız

“Qarabağ” 1 milyon qazandı: Ağdam klubu büdcəsini daha da artıra bilər

Hollandiyada “Tvente”si ilə 1:1-lik heç-heçə edən “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qatılmaqla büdcəsini də zənginləşdirdi.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu tarixi uğuruna imza ataraq UEFA-dan 640-min əldə edib.

“Köhlən atlar” Çempionlar Liqasındakı iştirakına görə 480 min, Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazandığına görə isə 640 min avro əldə edib. Ümumilikdə isə 1 milyon 120 min avro qazanan Ağdam təmsilçisi qrup mərhələsində hər qələbəyə 140 min, heç-heçəyə 70 min, məğlubiyyətə görə isə 60 min pul əldə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43