Kateqoriyasız

UEFA “Qarabağ”ın baş məşqçisini “dəyişdi” – FOTO

UEFA “Qarabağ”ın baş məşqçisini  hələ də tanımır.

İdmanxeber.com-un məlumatına görə, qitə futbol qurumunun rəsmi saytı Qurban Qurbanovu Ağdam klubunun baş məşqçisi kimi təqdim etməyib.

“Qarabağ”ın iştirak ərizəsində baş məşqçi bölməsində Qurbanovun yox, onun köməkçisi Zaur Tağızadənin adı yazılıb.

Bu, ilk belə hal deyil. Ötən mövsümkü Avropa Liqasında da “Qarabağ”ın sifariş ərizəsində baş məşqçi kimi Tağızadə göstərilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43