Dünyadan

“Milan” transfer bombasını partlatdı

İtaliyanın “Milan” klubu transfer bombasını partladıb.

İdmanxeber.com-un məlumatına görə, “neradzura” “Çelsi”nin hücumçusu Fernando Torresi heyətinə qatıb.

İtaliya klubu ispaniyalı futbolçunun rəsmən heyətinə qatdığını açıqlayıb. “Milan” Torreslə 2 illik müqavilə imzalayıb.

Fernandonun “Milan”dakı qazancı haqda hələ ki, məlumat verilmir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43