Ölkə futbolu

“Qarabağ” Antalyada növbəti məşqinə çıxdı

“Qarabağ” Antalyda qış təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, hazırlığın səkkizinci günündə komanda günün ilk məşqinə çıxıb. Yerli vaxtla saat 11:00-da (Bakı vaxtıyla 12:00) start götürən məşq təxminən 60 dəqiqə davam edib. Bu məşq daha çox topsuz çalışmalara həsr olundu. Belə ki, isinmə hərəkətlərinin ardından futbolçularımız fiziki təmrinlərlə məşğul olub.

Qeyd edək ki, komandanın növbəti məşqi axşam saatlarında baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43