Kateqoriyasız

“Qarabağ” AVRO-2016-nın final mərhələsindən gəlir götürəcək

“Qarabağ” Ansi Aqollinin AVRO-2016-da iştirak edəcəyinə görə, UEFA-dan pul alacaq.

İdmanxeber.com-un məlumatına görə, qurum gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsindən 1.95 milyard gəlir gözləyir.

Bunun 150 milyonu futbolçuları qitə birinciliyində iştirak edəcək klublar arasında bölünəcək. Siyahıda “Qarabağ” da var. Ağdam klubu Albaniya millisi ilə qitə birinciliyində iştirak edəcək Ansi Aqollinin sayəsində UEFA-dan gəlir əldə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43