Ölkə futbolu

“Qarabağ” axtardığı futbolçunu Afrika qitəsində tapdı – Siyahı Qurban Qurbanova verildi

“Qarabağ” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Ağdam klubunun skautları Afrika qitəsində, konkret olaraq Mərakeşdə oyunçu axtarışındadı. Baş məşqçi Qurban Qurbanovun göstərişi ilə rəhbərlik yarımmüdafiə xəttinə yeni futbolçu cəlb etmək istəyir.

Sözügedən ölkədə tapılan artıq bir neçə oyunçu siyahıya daxil edilib. Onlar barəsində yekun qərarı baş məşqçi Qurban Qurbanov verəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43