Ölkə futbolu

“Qarabağ” azarkeşlərə səsləndi – biletlər tükənir

“Qarabağ”  – “Gent” oyununa satılan biletlərin sayını açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, klubun sosial şəbəkə hesabından edilən paylaşımda 24 min biletin satıldığı açıqlanıb. Satışda daha 7 min biletin qaldığı bildirilir.

“Qarabağı”ın sosial şəbəkə hesabında etdiyi paylaşım:

“24 min ürəyin düyüntüsünü, o ürəklərdən gələn “Qarabağ” çağırışını artıq indidən eşidirik. İnanırıq ki, 31 min azarkeş stadionda, milyonlar isə ekran qarşısında “Qarabağ”la nəfəs alacaq. Tərimizin son damlasına qədər Azərbaycanımız üçün oynayacağımızdan əmin olun. Odur ki, siz də bizə daha yaxın olmağa, stadionda yerinizi tutmağa çalışın.

Satışda hələ də 7 min bilet qalıb. Almağa tələsin! Tələsin ki, yeni tarixi birlikdə yazaq!

Təşəkkürlər, “Qarabağ” azarkeşi! Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda görüşənədək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43