Dünya futbolu

“Messini görəndə mən də ümidlənirəm” – Neymar

PSJ-nin hücumçusu Neymar Braziliya mətbuatına müsahibə verib.

İdmanxeber.az xəbər verir ki, “Sports Brazil”ə danışan ulduz futbolçu komanda yoldaşı Lionel Messinin dünya çempionu olmasından danışıb. O, ölkəsinin mundiala erkən vida etməsindən də danışıb:

“Messi hər zaman istəklidir. O, titulu qazanmamışdan öncə də işinə həmişə böyük məsuliyhyətlə yanaşırdı. “Barselona”ya gələndə mənə çox dəstək oldu. Onun 34-35 yaşında dünya çempionu olduğunu görəndə mən də ümidlənirəm. Bacara biləcəyimi düşünürəm. Düzdür, hazırda bu çox çətin görünür. Hər gün daha da inkişf etməliyik.

Dünya kubokunu qazanmaq ən böyük arzum idi. Xorvatiyaya qarşı aldığımız məğlubiyyət çox ağırdı. Amma bu, futboldu. Bu oyun gözəl və sehrlidir. Təəssüf ki, bizim üçün yaxşı olmadı, hər şey bizim xeyrimizə də ola bilərdi. Futbol bəzən bizə belə hekayələr verir. Ona görə də hamımız bu idmanı sevirik”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43