Ölkə futbolu

“Zirə”də yeni baş məşqçi – Rəsmi

“Zirə” 2-nin baş məşqçisi vəzifəsinə təyinat olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir. “Zirə” Futbol Akademiyasının rəhbəri Zaur Həşimov mövsümün sonuna qədər əvəzedici heyətin baş məşqçisi vəzifəni icra edəcək.

 

Xatırladaq ki, Zaur Həşimov 2019/20 mövsümündə “Zirə”nin əsas komandasının baş məşqçisi olub.

Əlavə edək ki, bunadək “Zirə-2” baş məşqçisi Azər Məmmədov olub. Klub onunla ötən ilin dekabrın sonlarında yollar ayırdığını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43