Dünya futbolu

“Konyaspor” Mahiri açıqladı – Rəsmi

Türkiyənin “Konyaspor” klubu Mahir Emrelini transfer etdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmi saytı vasitəsi ilə oyunçunun mövsüm sonuna qədər icarə əsasında komandada forma geyinəcəyini bildirib.

Konya klubu yaxın günlərdə “MEDAŞ Konya” stadionunda yeni transferlər üçün imza mərasimi təşkil edəcəyini də açıqlayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43